Image

Azərbaycanda III kurs tələbəsi canına qıydı - FOTO

Azərbaycanda III kurs tələbəsi intihar edib. 

Məlumatı Azərbaycan Texnologiya Universitetinin "Turizm işinin təşkili" ixtisasının tələbələri BAKU.WS-ə veriblər. Universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev ötən gün dəfn edilib. Tələbə yoldaşları onun nümunəvi bir tələbə olduğunu bildiriblər.

Qeyd edək ki, bir gün əvvəl Ergünün təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında tələbələrinin dünyasını dəyişdiyi haqda paylaşım edilmişdi.

 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb