Image

Əlibala Əsgərov vəfat edib

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib.

Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb