Səbaildə avtomobillər toqquşub: Yaralanan var
Bakının Səbail rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Taleh Sərdar oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws