Image

Azərbaycanda güclü külək satıcılara problem yaratdı - VİDEO

Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. 

BAKU.WS-in məlumatına görə, əsən güclü külək Gəncədə köşkün qarşısına qoyulmuş soyuducunu aparıb.

Sərin suların yığıldığı soyuduculardan biri aşıb, digəri isə bir neçə metr hərəkət edib. Satıcının səyləri soyuducunun aşmasının qarşısını alıb. 

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 23-ü gündüzədək fasilələrlə davam edək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb