AVRO-2024: Gürcüstan ilk xal, Türkiyə və Portuqaliya növbəti mərhələ arzusunda - AFİŞA
AVRO-2024-də bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.
BAKU.WS xəbər verir ki, ilk oyun Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.
Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.
Qrupun digər qarşılaşması, Dortmund şəhərində qardaş ölkə Türkiyə ilə Portuqaliya milliləri arasınadır. Hesabında 3 xal olan komandalardan biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.
Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək Belçika - Rumıniya matçıdır.
Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı 3-0 üstələyib.
AVRO-2024
22 iyun
II tur
F qrupu
17:00. Gürcüstan - Çexiya
Hamburq şəhəri, “Folksparkştadion” stadionu.
20:00. Türkiyə - Portuqaliya
Dortmund şəhəri, "Siqnal İduna Park" stadionu.
E qrupu
23:00. Belçika - Rumıniya Köln şəhəri, “Reyn Enerqi” stadionu.
BAKU.WSMənbə: baku.ws