Leysan Qubada kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Qubada bir sıra fəsadlar törədib
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, yağış suları rayonun Yerfi kəndini öz ağuşuna alıb.
Kənddə bağ-bostanlar və yollar bərbad vəziyyətə düşüb. Kənd təsərrüfatına ciddi ziyan dəyib.
Su basqınları nəticəsində kəndlə rayon mərkəzi arasında əlaqə qismən kəsilib. Yolların zədələnməsi və suyun çoxluğu səbəbindən nəqliyyatın hərəkəti mümkünsüz olub.
BAKU.WSMənbə: baku.ws