Şotlandiyalı qadın azarkeşdən maraqlı performans - VİDEO
Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında mübarizə aparan Şotlandiya millisinin azarkeşi əllərinin köməyi olmadan bir stəkan pivə içib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, onun bu performansını ətrafdakılar alqışlarla qarşılayıblar. Qeyd edək ki, iyunun 23-də Ştutqartdakı "Mercedes-Benz Arena"da Şotlandiya və Macarıstan yığmaları arasında qrup mərhələsinin üçüncü turunun oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Öncəki turlarda Şotlandiya İsveçrə millisi ilə 1:1 hesablı heç-heçə edib, turnirin açılış matçında isə Almaniya yığmasına 1:5 hesabı ilə uduzub. BAKU.WSMənbə: baku.ws