Sevastopola zərbə endirildi - Ölən və 100-dən çox yaralı var - VİDEO - YENİLƏNİB
Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib. Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb. ***16.38 Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində yaralananların sayı artıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 124 nəfər yaralanıb. Raket zərbəsi nəticəsində 3 nəfər ölüb. *** 15.58 Ukrayna Ordusunun Sevastopola zərbə endirib. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib. Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100-ə qədər yaralı var. BAKU.WSMənbə: baku.ws