Image

"Dinamo" Kurban Berdıyevlə vidalaşıb

"Turan Tovuz"un baş məşqçisi təyin olunacağı gözlənilən Kurban Berdıyev "Dinamo"dan ayrılıb.   BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Mahaçqala klubu açıqlama yayıb.   Komandada prezidentin müşaviri vəzifəsini tutan Berdıyevə gördüyü işlərə görə təşəkkür edilib: "Kurban Bekiçeviç sizə böyük təşəkkürümüzü çatdırırq! "Dinamo"nun tarixində ilk dəfə yüksək liqaya vəsiqə qazanılmasında futbolçulara çox şey öyrətdiniz. Əks halda böyük uğuru qazanmaq çətin olardı. Sizə yeni klubunuzda uğurlar arzulayırıq".   Qeyd ki, Berdıyevin "Turan Tovuz"la 2-1 müqavilə imzaladığı xəbərləri yayılıb. 71 yaşlı mütəxəssisin qarşıdakı günlərdə idman ictimaiyyətinə təqdim olunması gözlənilir. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib