Image

Samuxda “Son Zəng"lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən azad olunub

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Bu barədə "Report"a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib