Image

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub

Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.   BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.   Onunla "2+1" illik müqavilə bağlanıb.   Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.   PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib