AVRO-2024: İsveçrə - İtaliya matçının ikinci hissəsi qolla başlayıb - YENİLƏNİB
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.
İkinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa yüksəldib - 2:0.
46-cı dəqiqədə Ruben Varqas fərqlənməyi bacarıb.
***20:38
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə hesab açılıb.
İsveçrə hesabda fərqlənib. 37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
***20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.
Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.
BAKU.WSMənbə: baku.ws