AVRO-2024: Gürcüstan İspaniya səddini keçə biləcəkmi?
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
Əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək.
AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".
23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
BAKU.WSMənbə: baku.ws