Bank bahalı maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR
5 iyul 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
BAKU.WS xəbər verir ki, hərraca 4 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:
S/N Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti Ödəniləcək 10% beh (manatla) 1 "Azər-Türk Bank" ASC Audi A6 90PG546 2015 15000 1500 2 "Azər-Türk Bank" ASC Audi A6 77AX443 2015 14250 1425 3 "Azər-Türk Bank" ASC Audi A6 10AH181 2015 13750 1375 4 "Azər-Türk Bank" ASC Audi A6 77PR557 2015 14500 1450Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin aşağıdakı hesabına köçürülməlidir. Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti; Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir; "Azər-Türk Bank" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
Əlaqə: "Azər-Türk" Bank ASC, (tel:055-205-13-33);
Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705))
BAKU.WS
Mənbə: baku.ws