Image

Umayra Tağıyeva: COP29-a hazırlıq intensiv davam edir

Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq intensiv davam edir.   BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə bağlı keçirilən brifinqdə deyib.   Onun sözlərinə görə, iqlim dəyişmələri çox mürəkkəb prosesdir: "Təəssüf ki, son illər bu məsələ böyük bir problemə çevrilib. Hazırda COP29-a hazırlıq intensiv davam edir".   Nazir müavini qeyd edib ki, hazırda QHT-lərin səsini, onların ideyalarını nəzərə almaq, eyni zamanda COP29-a töhfə məqsədilə qrant müsabiqə elan edilib. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq