Xalq artisti infarkt keçirdi, xəstəxanaya yerləşdirildi - FOTO
Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
Gundem.az Axsam.az-a istinadən bildirir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".

Mənbə: gundem.az