Tomas Müller karyerasını nə zaman bitirəcək?
"Bavariya"nın 34 yaşlı hücumameyilli yarımmüdafiəçisi Tomas Müller futbol oynamağa nə qədər davam etmək niyyətində olduğu sualını cavablandırıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, futbolçu hələ peşəkar fəaliyyətini davam etdirməyi düşünür. "Futbol mənim sevgim və həvəsimdir. Buna görə də bacardığım qədər oynamağa davam etməyə çalışacağam", - deyə Müller bildirib. Xatırladaq ki, cari ildəki son Avropa çempionatından sonra Müller Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. BAKU.WSMənbə: baku.ws