Image

Sena çayına görə iki idmançıda mədə-bağırsaq infeksiyası yaranıb

İsveçrəli iki triatlonçu, mədə-bağırsaq infeksiyasına görə Olimpiya estafetindən çıxıb.

Bu barədə İsveçrə Olimpiya Komitəsinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, 3 və 4 avqust tarixlərində təşkilatçılar qarışıq estafetdən əvvəl məşq tədbirlərini ləğv ediblər. İlk gün ildırım səbəbindən, ikinci gün isə Sena çayının suyunun keyfiyyəti qənaətbəxş olmayıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti