Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***13:45
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.
Görüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
BAKU.WSMənbə: baku.ws