Paris-2024: "Azərbaycan taekvondoçusu qələbə qazanıb"
Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Gundem.az-ın report-a istinadən məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Mənbə: gundem.az