Paris-2024: Azərbaycanın sərbəst güləşçisi qələbə qazanıb
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
BAKU.WSMənbə: baku.ws