Image

Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamlar məlum olub.Bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi sosial şəbəkə hesabında paylaşım edib.

O, Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu təsdiqləyib. Baş prokurorun sözlərinə görə, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittiham aktına əsasən, Maduro və Flores narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında günahlandırılırlar. Bondi bəyan edib ki, onlar tezliklə “Amerika ədalətinin tam sərtliyi” ilə üzləşəcək.

Venesuela Baş prokuroru Tarek Uilyam Saab isə baş verənləri pisləyərək ABŞ-ni “quldur dövlət” adlandırıb. O bildirib ki, dövlət başçısının və xanımının təhlükəsizliyinə görə birbaşa Vaşinqton məsuliyyət daşıyır. 

ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 20:00-da Florida ştatındakı Mar-a-Laqo iqamətgahında geniş mətbuat konfransı keçirəcək. Konfransda “Cənub Nizəsi” (“Operation Southern Spear”) əməliyyatının gizli detallarının və Maduronun hazırkı vəziyyəti ilə bağlı görüntülərin təqdim olunacağı gözlənilir.

***

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı tutulub.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib.

Tramp Maduro və həyat yoldaşının yaxalanaraq ölkədən çıxarıldığını açıqlayıb:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Xəbər lenti

Kiyevdə matəm elan edilib