Nikolas Maduro ABŞ-yə gətirildi
Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorka gətirildiyi təsdiqlənib.
BAKU.WS xəbər verir ki, Ağ Evin mətbuat xidməti Maduronun ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-Yorkdakı ofisində lentə alınmış görüntülərini ictimaiyyətə təqdim edib.
Paylaşılan görüntülərdə Venesuela liderinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə dəhliz boyunca hərəkət etdiyi, əllərinin qandallı olduğu aydın görünür.
Bu kadrlar Maduronun ABŞ-yə, konkret olaraq Nyu-Yorka gətirilməsini rəsmi şəkildə təsdiqləyən ilk sübut kimi qiymətləndirilir.
"NBC News"un məlumatına görə, Nikolas Maduronun yanvarın 5-də Manhetten Federal Məhkəməsində narkotik dövriyyəsi və silah qaçaqmalçılığı ilə bağlı irəli sürülən ittihamlar üzrə hakim qarşısına çıxacağı gözlənilir.