İranda toqquşmalar zamanı daha 3 nəfər ölüb
İranda etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ölənlərin sayı artıb.
BAKU.WS "Fars" agentliyinə istinadən xəbər verir ki, şənbə günü İranın İlam əyalətində baş verən toqquşmalarda 3 nəfər həyatını itirib.
Mehr agentliyi bildirir ki, hadisələr zamanı bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.