Image

ABŞ prezidenti: Kuba hakimiyyəti süquta yaxındır

Gəlir çatışmazlığı səbəbindən Kuba hakimiyyəti çökməyə yaxındır. Bunu  ABŞ Prezidenti Donald Trump bildirib.

Tramp jurnalistlərə Vaşinqtona uçuş zamanı deyib ki, Kubanın demək olar ki, heç bir gəlir mənbəyi qalmayıb.

Onun sözlərinə görə, ada ölkəsi əvvəllər Venesuela neftindən əldə olunan gəlirlərə arxalanırdı, lakin indi bu mənbə də tükənib.

ABŞ-ın Kubaya qarşı mümkün hərbi addımları ilə bağlı suala cavab verən Tramp belə bir tədbirin zəruri olmadığını bildirib və Kubanın “öz-özünə çökəcəyini” deyib.

N.Təbrizli

Xəbər lenti

Kiyevdə matəm elan edilib