Image

Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq

ABŞ qüvvələri tərəfindən saxlanılan Venesuela Prezidenti **Nikolás Maduro**ya qarşı rəsmi ittihamların təqdimatı yanvarın 5-də Nyu-York məhkəməsində keçiriləcək. Bu barədə The Washington Post məlumatlı mənbəyə istinadən yazır.

Məlumata görə, dinləmə Aşağı Manhettendə yerləşən federal dairə məhkəməsində yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə 21:00) keçiriləcək.

İşə federal hakim Alvin Hellerstein baxacaq.

ABŞ hakimiyyəti Maduronu uzun illərdir narkotik qaçaqmalçılığı, terror təşkilatları ilə əməkdaşlıq və ABŞ-a qarşı cinayət fəaliyyəti ittihamları ilə axtarışda saxlayır.

Vaşinqton Maduronun legitimliyini tanımadığını bəyan edib və Venesuelaya qarşı sanksiyalar tətbiq edib. Karakas isə ittihamları siyasi motivli adlandırır.

N.Təbrizli

Xəbər lenti

Kiyevdə matəm elan edilib