Dövlət Departamenti: Qərb yarımkürəsi ABŞ-nin müstəsna maraq zonasıdır
ABŞ Dövlət Departamenti rəsmi olaraq qərb yarımkürəsini ölkənin müstəsna maraq zonası elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Bu bizim yarımkürəmizdir və ABŞ Prezidenti Donald Tramp bizə təhlükə yaranmasına imkan verməz", - Dövlət Departamentindən qeyd ediblər.