Oğuzda avtomobil kanala aşdı - XƏSARƏT ALANLAR VAR - FOTO
Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.
Gundem.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az