Image

Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var - FOTO

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti