Image

Biləsuvarda 35 yaşlı kişi bıçaqlandı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gundem.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

N.Şahbazovun sözlərinə görə o, tanıdığı şəxs tərəfindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti