"Sparta Praqa"nın baş məşqçisindən "Qalatasaray" etirafı - Gözü yaman qorxub
"Sparta Praqa"nın baş məşqçisi Brayan Priske "Qalatasaray" matçından sonra mətbuata açıqlamalar verib
BAKU.WS xəbər verir ki, 46 yaşlı çalışdırıcı püşkatma zamanı "Qalatasaray"ı favorit hesab etdiyini deyib.
O, bildirib ki, sarı-qırmızılılar hələ də favorit olaraq qalır.
Matçla bağlı danışan Priske, "Mükəmməl matç keçirdik. Çoxlu imkanlarımız oldu. İki qol vurduq, amma daha çox qol vura bilərdik. Bu fürsətlərdən istifadə etdik. Yaxşı futbol oynadıq. Oyunçularımın özünə inamı baxımdan yaxşı oyun oldu. Daha yaxşısını edə bilərdik. Bu çıxışdan sonra uduzmaq kədərli idi, amma oynadığımız oyundan məmnunam" deyib.
BAKU.WSMənbə: baku.ws