Image

Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub.

Gundem.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti