Oğuzda 34 yaşlı kişi İNTİHAR ETDİ
Oğuz rayon sakini intihar edib.
Gundem.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Qabil İlqar oğlu Yusifov yaşadığı evdə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az