Image

Qazaxda avtomobil iki piyadanı vurub

Qazax rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2 nəfəri avtomobil vurub.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti