Quba-Qusar yolunda qəza: Avtomobil sürüşərək ağaca çırpıldı - VİDEO
Quba rayonunda müşahidə olunan qarlı hava şəraiti yollarda sürücülərə təhlükəli vəziyyət yaradıb.
BAKU.WS xəbər verir ki, Quba-Qusar yolunda yolun buz bağlaması qəza hallarının baş verməsi ilə nəticələnib.
Sosial şəbəkədə yayılan görüntülərdən də məlum olur ki, bir avtomobil yolda sürüşərək ağaca çırpılıb.
Bundan əlavə digər avtomobillər də yolda hərəkət etməkdə çətinlik yaşayıb.
BAKU.WSMənbə: baku.ws