Qusarda daha bir məktəbli VƏFAT ETDİ
Qusarda 7-ci sinif şagirdi vəfat edib.
Gundem.az xəbər verir ki, bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəb məlumat yayıb.
Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.
İlkin məlumatda onun qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşmaya görə həyatını itirdiyi bildirilib.
Sözügedən məktəbdən Modern.az-a bildirilib ki, şagird qızılcadan vəfat etməyib: “Onda xərçəng xəstəliyi var idi, sümüyün iliyi xərçəngi. Şənbə günü Bakıda xəstəxanada vəfat edib, 17-si isə dəfn edilib”.

Mənbə: gundem.az