Image

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənən bir qardaş və üç bacı - 2016-cı il təvəllüdlü H.Qasımov, 2015-ci il təvəllüdlü Z.Qasımova, 2011-ci il təvəllüdlü M.Qasımova və 2010-cu il təvəllüdlü M.Qasımova xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti