Image

“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb

Livanın “Hizbullah” hərəkatı İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.Bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, İsrailin şimalına 100-dən çox raket atılıb. Yuxarı Qalileydə, Qolan təpələrində, Kiryat Şmona və Hayfa şəhərlərində partlayış səsləri eşidilib. 

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi kütləvi hücumu dəf etməyə çalışır.

Xəbər lenti