3 yaşlı qızına spirtli içki içirdib döyən ana həbs edildi - FOTO
3 yaşlı qızına içki içirdərək onu döyən ana həbs edilib.
BAKU.WS xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində yaşanıb.
Əvvəl sosial şəbəkələrdə ananın azyaşlı övladına spirtli içki içirtdiyi görüntülər yayılıb.
İstanbul prokurorluğu sözügedən video ilə bağlı araşdırmalar başlayıb.
Nəticədə onun Ç.M.Ö. adlı qadın olduğu aşkarlanıb və o saxlanıb. Qadın uşağına qarşı nümayiş etdirdiyi nalayiq hərəkətə və ona qarşı şiddət tətbiq etdiyi üçün həbs edilib. 3 yaşlı uşaq isə sığınacağa verilib.
Azyaşlının şiddət gördüyü görüntüləri isə yayılan fotodan ortaya çıxıb. Belə ki, şəkildə ana əli ilə ağlayan uşağın ağzını sıxdığı görüntü əks olunub.
BAKU.WS
