Portuqaliya millisindən Ronaldoya xüsusi JEST
Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Kriştiano Ronaldonun 7 nömrəli forması ilə meydana çıxıblar.BAKU.WS xəbər verir ki, bu addım 41 yaşlı hücumçunun noyabrın 5-də milli komanda karyerasını başa vurması münasibətilə ona ehtiram əlaməti olaraq atılıb.
Azarkeşlər stadionda "Təşəkkürlər, kapitan!" yazılmış plakatlar açıblar. Stadionun elektron tablolarında da Ronaldoya ünvanlanan oxşar mesajlar nümayiş etdirilib.
Oyunun 7-ci dəqiqəsində isə azarkeşlər bir dəqiqə ərzində alqışlarla əfsanəvi futbolçuya dəstək ifadə edib və onun adını səsləndiriblər.
Mənbə: baku.ws