Image

Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub

Rumıniya yaxınlığındakı Sulina limanı ətrafında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gecə saat 02:00 radələrində baş verib.

Bildirilib ki, gəmidə 14 nəfər, o cümlədən 13 Azərbaycan vətəndaşı və bir Türkiyə vətəndaşı olub.

Şahidlərin sözlərinə görə, heyətin operativ müdaxiləsi nəticəsində alovun yük tanklarına keçməsinin və dizel yanacağının alışmasının qarşısı alınıb.

Hazırda heyət təxliyə olunmasını gözləyir.

Qeyd edək ki, daha əvvəl də azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

Mənbə: anews.az

Xəbər lenti