Image

Qazaxda 3 ton ot bağlaması yanıb - video

Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının 3 tonu yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Mənbə: anews.az

Xəbər lenti