Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, universitetin açıqlamasında deyilir:
"Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.
Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.
Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Elviranın əziz xatirəsi müəllimlərinin və tələbə yoldaşlarının yaddaşında çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!".

Mənbə: baku.ws