Image

Prezident radio və televiziya işçilərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev radio və televiziya işçilərini təbrik edib.

Prezidentin təbrikində Azərbaycan radiosunun yaranmasının milli mətbuat və mədəniyyət tarixində mühüm hadisə olduğu qeyd edilib.

Bildirilib ki, 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayan Azərbaycan radiosu ötən əsr ərzində xalqın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Radio milli musiqinin, ədəbiyyatın, dilin və mənəvi dəyərlərin qorunub yaşadılmasına töhfə verib.

Təbrikdə Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanında yeni mərhələnin yarandığı, televiziyanın cəmiyyətin maariflənməsində, milli-mədəni irsin təbliğində və mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadığı vurğulanıb.

Prezident radio və televiziyanın dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosunun inkişafına göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıb.

Dövlət başçısı milli radio və televiziyanın bundan sonra da obyektivlik, peşəkarlıq və milli-mənəvi dəyərlərə sədaqət prinsipləri əsasında fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib, media əməkdaşlarına yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti