Nejat İşlerin son halı sevənlərini kədərləndirdi - FOTO
Məşhur aktyor Nejat İşler son görünüşü ilə sevənlərini kədərləndirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun yayılan son şəkilində saçlarının töküldüyü görüntü əks olunub.
51 yaşlı Nejatın fotosu "Yeni imic" başlığı ilə sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib.
Aktyora yaxın mənbələr isə, onun "Aile" serialında rol alan zaman saçının süni olaraq gurlaşdırıldığını artıq serial bitidiyinə görə Nejatın keçmiş görünüşünə qayıtdığını bildirib.
İllər əvvəl sevilən aktyorun ağciyəri infeksiyaya yoluxduğu üçün 3 ay reanmiasiyada qalmışdı. Bu müddət ərzində o xeyli çəki almışdı. Aldığı çəkiləri tez zamanda verən aktyor yenidən film və serial sektoruna qayıdıb.
BAKU.WS
