Boris Conson müsahibə üçün jurnalistdən bir milyon dollar istədi
Amerikalı jurnalist Taker Karlson bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna münaqişəsi ilə bağlı mövqeyini aydınlaşdıran müsahibə üçün ondan bir milyon dollar istəyib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Karlsonun sözlərinə görə, o, Consona sorğu göndərib. Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin sonra jurnalistə maliyyə şərtləri təqdim olunub.
BAKU.WS