Bahalı avtomobilini tuneldə vuran şəxs uşaq kimi ağladı - VİDEO
Türkiyədə sürücülərdən birinin avtomobil qəzasından sonra ağlaması gündəmə çevrilib.
BAKU.WS xəbər verir ki, tuneldə idarəetməni itirən sürücü avtomobilini yol kənarına vurub. Bundan sonra avtomobilindən düşərək uşaq kimi ağlamağa başlayıb.
Hadisə digər şəxslər tərəfindən lentə alınıb.
Qəzaya uğrayan avtomobilin modeli "Skoda Octavia" olub. Avtomobilə ciddi ziyan dəyib.
BAKU.WS