Image

Almaniyada tərkibində "Viaqra" olan türk balı müsadirə edildi

Almaniyanın Baden-Vürtemberq əyalətinin Biberax an der Riss şəhərinin gömrükçüləri supermarketdə Türkiyədən gətirilən və tərkibində "Viaqra"nın təsiredici maddəsi sildenafil olan dörd kilo yarım balı müsadirə ediblər.

BAKU.WS bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Supermarketdə satılan tütün məmulatları və qəhvənin vergilərinin qanuna uyğun ödənilib-ödənilmədiyini yoxlamaq üçün gedən gömrükçülərin rəfdə sözügedən bala təsadüfən rast gəldiyi bildirilib.

Türkiyədən gətirildiyi deyilən balın tərkibindəki sildenafil Almaniyanın Dərman Məhsulları Qanununa tabe olduğundan, tərkibində bu aktiv maddə olan məhsullar Almaniyada reseptsiz satıla bilməz.

Məmurlar kiçik bankalarda satılan ümumilikdə dörd kilo yarım bal müsadirə edərək Alman Tibbi Məhsullar Qanununu pozduğu üçün 46 yaşlı supermarket sahibinə qarşı istintaq başladıb.

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib