Image

Bu ilin yazında hansı üst geyimləri dəbdə olacaq? - Stilist açıqlayıb - FOTOLAR

Yaz paltarları üst geyimi olmadan tamamlana bilməz, çünki belə bir mövsümdə hava sərin keçir, bəzən temperatur kəskin dəyişir, hətta şaxta düşür.

Buna görə də, uğurlu yaz kombinasiyası yaratmaq üçün yalnız ayaqqabı və aksesuarlar kimi geyimləri seçmək kifayət deyil. Burada həm də paltoları, yağmurluqları, dəri gödəkçələri nəzərdən keçirmək vacibdir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynalı stilist Nata Moskalenko 2024-cü ilin yazında dəbdə olacaq geyim trendlərini açıqlayıb.

2024-cü ilin yaz üst geyimi trendləri;

Havalar imkan verən kimi klassik bej rəngli müxtəlif formalarda palto geyinilir.

Kraliça II Yelizavetanın üslubunda olan bu hödəkçələr “işçi gödəkçəsi” də adlanır. Biz onu tərzdə tamamilə əks olan şeylərlə birləşdiririk - parıltıkı paltarlar, şəffaf parçalar, hündürdaban ayaqqabılar…

Fərqli versiyalarda və uzunluqlarda qısaldılmış paltolar. Onları demək olar ki, hər şeylə kombinasiya etmək mümkündür.

“Vintage” üslubunda dəri gödəkçələr:

Qısa dəri pencəkləri və “motosikletçi gödəkçələri”:

Qısaldılmış şişmə gödəkçələr. Qışda daha isti saxlaması üçün bir qədər uzun forması istifadə edilən bu üst geyimləri yazda da başqa formaları ilə trenddən düşməyəcək.

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq