Image

Tarix yazıldı: “Qarabağ” 1/8 finalda

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Gundem.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edib. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” çox çətinliklə 1/8 finala adlayıb. 90 dəqiqə rəqib komandanın 2:0 hesablı üstünlüyü ilə bitib və qalib əlavə vaxtda müəyyəbləşib. 10 nəfərlə qalan "Qarabağ" 120+2-ci dəqiqədə lazım olan qolu vurub.

Tarixi şansdan yararlanan ağdamlılar avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olub.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq